İqtisadiyyat və Sənaye Nazirliyi qanvermə aksiyası keçirib - FOTO

İqtisadiyyat və Sənaye Nazirliyi qanvermə aksiyası keçirib - <span style="color: red;">FOTO
# 21 aprel 2014 06:38 (UTC +04:00)

Bakı – APA-Economics. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Savab Dünyası” Talassemiya Assosiasiyasının təşəbbüsünə qoşularaq İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Mərkəzində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası keçirib.

APA-Economics”in məlumata görə, aksiyada nazirliyin aparatının əməkdaşları qan verib. Müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin digər qurumlarında da qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl də nazirlik Heydər Əliyev Fondunun təşəbbüsünə qoşularaq qanvermə aksiyası təşkil edib.

Qurum tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR