Dünya çempionatına gedəcək boksçularımızın adları açıqlanıb

Dünya çempionatına gedəcək boksçularımızın adları açıqlanıb
# 02 oktyabr 2013 13:39 (UTC +04:00)

Bakı – APA. Qazaxıstanda keçiriləcək boks üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, iyunda Belarusda təşkil olunan Avropa çempionatından fərqli bu dəfə heyətdə 3 dəyişiklik edilib.

56 kq çəki dərəcəsində karyerasını başa vuran Samir Məmmədovu Cavid Çələbiyev əvəzləyib. 2012-ci ildə gənclər arasında dünya birinciliyinin mükafatçısı olmuş Pərviz Bağırov da Almatıda rinqə çıxacaq. O, 69 kq çəki dərəcəsində Tamerlan Abdullayevi əvəzləyib. Ailəsində baş vermiş faciə səbəbindən Avropa çempionatında iştirak etməyən Sultan Migitinov (75 kq) mundialda öz bacarığını gəstərməyə çalışacaq.

Baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayev

heyət aşağıdakı heyətə güvənəcək:

49 kq – Salman Əlizadə - 2011-ci ilin Avropa çempionu (AÇ) , 2013-cü il AÇ-nin bürünc mükafatçısı

52 kq – Elvin Məmişzadə - 2010-cu il AÇ-nin gümüş, 2013-cü il AÇ-nin bürünc mükafatçısı

56 kq – Cavid Çələbiyev

60 kq – Elvin İsayev

64 kq – Heybətulla Hacəliyev – 2011-ci il AÇ-nin bürünc mükafatçısı

69 kq – Pərviz Bağırov

75 kq – Sultan Migitinov

81 kq – Rauf Rəhimov

91 kq – Teymur Məmmədov – 2011-ci ilin Avropa çempionu, 2013-cü il AÇ-nin gümüş mükafatçısı. 2011-ci il DÇ-nin gümüş mükafatçısı. 2012-ci il Olimpiya oyunlarının bürünc mükafatçısı

+91 kq – Məhəmmədrəsul Məcidov – 2011-ci ilin dünya çempionu. 2013-cü ilin Avropa çempionu. 2012-ci ilin Olimpiya oyunlarının bürünc mükafatçısı

Dünya çempionatının döyüşləri oktyabrın 14-dən 26-a kimi Almatıdakı Boluan Şolak İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, milli komandamız hazırda Qazaxıstanda yerli boksçularla təlim-məşq toplanışındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR