“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən baş redaktor məhkəmədə ifadə verib

“Eurovision-2012” ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə təqsirləndirilən baş redaktor məhkəmədə ifadə verib
# 23 may 2013 10:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərdən Nicat Əliyev ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib. Daha sonra iş üzrə şahidlərdən 3 nəfər dindirilib.

Proses mayın 30-da davam etdiriləcək.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR