Deputatlar Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad adlandırılmasına etiraz ediblər

Deputatlar Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad adlandırılmasına etiraz ediblər
# 27 iyun 2014 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, əvvəldən iclasın gündəliyinə 6 məsələ daxil olsa da, sonradan əksər deputatların təklifi ilə gündəlikdəki məsələlərdən biri çıxarılıb.

Gündəlikdən çıxarılan məsələ Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında qanun layihəsi olub.

Deputatlar kəndin adından türk kökənli “oba” sözünün çıxarılaraq, fars kökənli “abad” sözünün salınmasına etiraz ediblər.

Spiker Oqtay Əsədovun qərarı ilə məsələ müzakirəyə təqdim olunmadan gündəlikdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR