Kürdəmir sakini Kürdə boğulub - APA TV

Kürdəmir sakini Kürdə boğulub - <span style="color: red;">APA TV
# 08 avqust 2013 00:14 (UTC +04:00)

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avqustun 7-də Kürdəmir rayon Xırdapay kənd sakini, 1988-ci il təvəllüdlü Xəlilov Zamir Zakir oğlu İmişli rayonunun Telişli kəndi ərazisində Kürdə çimərkən batıb.

Hadisə baş verəndən sonra ətrafda olan insanlar onu axtarsalar da, nəticəsi olmayıb.

Daha sonra hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.

Axşam saatlarına qədər axtarış aparılsa da, meyit tapılmayıb.

Hazırda axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR