Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 29 avqust 2013 13:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin iyul ayı üzrə 104,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyun ayı müqayisədə bu göstərici 9,4 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. Göründüyü kimi, azalmaya baxmayaraq, indeks hələ də 100%-dən yuxarı səviyyədədir ki, bu da hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən artmasından xəbər verir.

Belə ki, iyul ayında əhaliyə 518,9 mln. manatlıq pullu xidmətlər göstərilib, iyunda isə bu həcm 496,6 mln. manat olub. Müqayisə üçün bildirək ki, may ayında bu göstərici 436,0 mln. manata bərabər olub.

Ümumilikdə, yanvar-iyul aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3,301 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur. Xidmətlər ÜDM-də 10,2% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR