Bakı sakinini odlu silahla öldürməklə hədələyən şəxs tutulub

Bakı sakinini odlu silahla öldürməklə hədələyən şəxs tutulub
# 05 avqust 2013 12:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakı sakinini odlu silahla öldürməklə hədələyən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 3-də Bakı şəhər sakini Etibar Namazov Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək avqustun 2-də Təbriz küçəsində “KİA-Sportage” markalı avtomaşınını idarə edərkən yol-hərəkəti qaydalarını pozan “KİA-Sorento” markalı avtomaşının sürücüsü və 2 sərnişini ilə aralarında yaranan mübahisə zəminində sürücünün avtomaşının yük yerindən odlu silah çıxararaq onu öldürməklə hədələdiyini bildirib.

Daxili İşlər Nazirliyinin “Təhlükəsiz Şəhər” Xidməti, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Namazova qarşı xuliqanlıq edən “KİA Sorento” markalı avtomaşının sürücüsü, Kürdəmir rayon sakini Rövşən Rüstəmov və sərnişinləri - Bakı şəhər sakinləri Azər Mahmudov və əvvəllər məhkum olunan Elmar Mıkayılov saxlanılıb.

Avtomaşına baxış zamanı oradan 20 ədəd patron, sürücünün kirayədə yaşadığı evdən isə müvafiq sənədləri olan 1 ədəd “Sayqa” markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR