UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib

UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib
# 26 avqust 2013 14:59 (UTC +04:00)

Bakı – APA. Avqustun 30-da keçiriləcək UEFA Superkubokunu idarə edəcək hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) ilə Avropa Liqasının kubokunu başı üzərinə qaldıran “Çelsi” (İngiltərə) arasındakı qarşılaşma isveçli Yonas Erikssona tapşırılıb.

2009-cü ildə ölkəsinin ən yaxşı referisi seçilən, karyerasında 75 avrokubok matçı olan ədalət təmsilçisi Çexiyanın paytaxtı Praqanın “Eden” stadionundakı görüşdə fit çalacaq. Bu görüş 2012-ci ildə Çempionlar Liqasının finalının təkrarı olacaq. Həmin vaxt 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında “Çelsi” qalib gəlmişdi – 4:3.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq oyunun UEFA nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədov olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR