Bakı sakini narkotik vasitə ilə həbs edilib - VİDEO

Bakı sakini narkotik vasitə ilə həbs edilib - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 14:20 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran polisi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi zərərsizləşdirib. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) baş müstəntiqi Famil Həsənov verib. Onun sözlərinə görə, şəhərin “Ləvəngi dairəsi”ndə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 50 yaşlı Zəmanət Sahib qızı Həşimova şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki torbadan 4 ədəd sarıkök bağlamasının içərisində yerləşdirilmiş narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

İstintaqa verdiyi ilkin ifadəsində Zəmanət Həşimova narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, saxlanılan şəxsin narkotik vasitəni kimlərə verəcəyi araşdırılır.

Qeyd edək ki, Z.Həşimova eyni əmələ görə əvvəllər də məhkumluq həyatı yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR