Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri artır

Azərbaycanda kommersiya banklarının xarici öhdəlikləri artır
# 04 sentyabr 2013 14:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri son bir ildə 846,2 mln. manat və ya 33,5% artaraq 2013-cü il avqustun 1-nə 3 373,2 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində xarici öhdəliklər 299,6 mln. manat və ya 9,8%, iyul ayında isə 127,5 mln. manat və ya 3,9% artıb:

Göründüyü kimi, may ayındakı kiçik azalmadan sonra bankların xarici öhdəliklərinin həcmi yenidən artmağa başlayıb və iyulda artım tendensiyası davam edib.

Eyni zamanda, bankların məcmu xarici aktivləri 2013-cü il avqustun 1-nə 2 239,1 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 405,8 mln. manat və ya 22,1% çoxdur. O cümlədən, bu ilin yanvar-iyul ayları ərzində 223,0 mln. manat və ya 11,1%, iyulda isə 185,5 mln. manat və ya 9% artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR