Beynəlxalq Könüllülər Günü münasibətilə  tədbir keçirilib

Beynəlxalq Könüllülər Günü münasibətilə  tədbir keçirilib
# 06 dekabr 2013 09:52 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və DAN təşkilatı tərəfindən tədbir təşkil olunub.

“İRƏLİ ” İctimai Birliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azəbaycanda könüllü fəaliyyəti ilə bağlı məlumat verib və gənc könüllülərin ölkənin ictimai həyatında mühüm rol oynadıqlarını qeyd edib. Nazir müavini, Azərbaycanda gənclər arasında könüllülüyün təbliği və inkişafı istiqamətində qeyri-hökümət təşkilatlarının fəaliyyətini xüsusi qeyd edib.

Daha sonra könüllü fəaliyyətdə uğurlar əldə etmiş gənclər təşkilatları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından diplomla təltif edilib.

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev diplomu qəbul etdikdən sonra çıxış edərək, göstərdikləri diqqətə görə Gənclər və İdman Nazirliyinə təşkilatın üzvləri adından təşəkkür edib.

Eyni zamanda Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da diplomla təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR