Türkiyədə Səttarxan haqqında kitab çıxıb - FOTO

Türkiyədə Səttarxan haqqında kitab çıxıb - <span style="color: red;">FOTO
# 06 iyun 2014 10:16 (UTC +04:00)

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, kitab Qacarlar xanədanının səlahiyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxarmış İran Məşrutə (Konstitusiya) İnqilabının banisi, milli sərdar Səttarxan Qaradağinin vəfatının yüzüncü ildönümü ilə əlaqədar buraxılıb.

Bijən Cəzaninin yazdığı və “Qaynaq yayınları”nın nəşr etdiyi 328 səhifəlik, üç bölmədən ibarət kitabda 1906-1911-ci illərdə Arazın o tayında baş vermiş hadisələr araşdırılır.

Əsəri fars dilindən türkcəyə hazırda Türkiyədə yaşayan, əslən Güney Azərbaycandan olan yazarlar Ramin Cabbarlı və Türkan Urmulu tərcümə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR