Mərkəzi Bankın İdarə Heyətinin sədri: “İpoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiya hazırdır”

Mərkəzi Bankın İdarə Heyətinin sədri: “İpoteka kreditlərinin faizlərinin aşağı salınmasını nəzərdə tutan strategiya hazırdır”
# 10 may 2014 08:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “İpoteka strategiyası artıq hazırdır. İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O, strategiyanın dəqiqləşdiriləcəyini, təsdiq olunandan sonra reallaşdırılmasına başlanacağını qeyd edib: “Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR