Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı 500 mln. manat artırılacaq

Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalı 500 mln. manat artırılacaq
# 21 oktyabr 2013 14:29 (UTC +04:00)

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, ABB-nin aktivlərinin artım tempinin və kapitalın adekvatlığı əmsalının optimal səviyyədə saxlanılması məqsədi ilə nizamnamə kapitalının artırılmasına dair 4 illik konsepsiya qəbul edilib.

İlkin olaraq bankın nizamnamə kapitalının 200 mln. manat məbləğində artırılması qərara alınıb. Növbəti illərdə isə hər il 100 mln. manat artırılmaqla kapitalın ümumilikdə 500 mln. manat məbləğində artırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR