“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi keçirilir - FOTOSESSİYA

“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 may 2013 09:39 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev prezident İlham Əliyevin “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresin iştirakçılarına ünvanlanan müraciəti oxuyub. Prezidentin müraciətində deyilir: ““Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresin iştirakçılarını Bakıda şəhərində salamlayıram. Əminəm ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcək. Bu beynəlxalq konqres artıq ənənəvi şəkil alıb. Builki konqresin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizin səhiyyə sisteminin daim təkmilləşməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərib. Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir”.

Sonra isə tədbir barədə məlumat verən Kamran Musayev qeyd edib ki, 40-a yaxın ölkənin kardioloq və kardiocərrahları iştirak edəcəyi konqresin əsas məqsədi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev bildirib ki, bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da ürək xəstəliklərinin sayı artmaqdadır. Onun sözlərinə görə, ölkədə səhiyyənin inkişafı, kardioloji xəstələrin müalicəsinin təşkili və digər məsələlər hər zaman dövlətin diqqətindədir: “İnanıram ki, bu konqresdə aparılacaq müzakirələr sonradan kardiologiyanın inkişafına töhfələr verəcək”.

Qeyd edək ki, “Bakı Ürək Günləri” 3-ci Beynəlxalq Konqresi mayın 19-dək davam edəcək. AÜDCC 9-11 may 2009-cu il tarixdə 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə “Bakı Ürək Günləri” 1-ci Beynəlxalq Konqresini, 13-15 may 2011-ci il tarixdə isə 26 xarici ölkə nümayəndəsinin iştirakı ilə “Bakı Ürək Günləri” 2-ci Beynəlxalq Konqresi həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR