Bakı-APA. Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub.