Azərbaycanda gömrükdə müsadirə edilmiş malların və avtomobillərin dövlət mülkiyyətinə keçirilməsi qaydaları təsdiqlənib

Azərbaycanda gömrükdə müsadirə edilmiş malların və avtomobillərin dövlət mülkiyyətinə keçirilməsi qaydaları təsdiqlənib
# 02 aprel 2014 10:24 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları”nı təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, bu Qaydalar müsadirə edilmiş mallara, şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara aid edilir.

Müsadirə edilmiş və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir. Müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən qəbul edilir.

Dövlət mülkiyyətinə keçirilmiş mallar açıq gömrük hərraclarında satılır. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları” ilə tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR