Azərbaycan Ordusunun hərbçisi qətlə yetirilib

Azərbaycan Ordusunun hərbçisi qətlə yetirilib
# 01 oktyabr 2013 16:03 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 19-da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Tural Vaqif oğlu Abdullayev Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində Elvin Mansurov və Vasif Həsənov tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan T. Abdullayev Müdafiə Nazirliyinin hospitalına yerləşdirilib.

T. Abdullayevin aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb, o bu gün hospitalda dünyasını dəyişib.

Hadisəni törədən E. Mansurov və V. Həsənov saxlanılıb.

Qeyd edək ki, T. Abdullayev Gədəbəy rayonundan hərbi xidmətə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR