İranda hakimiyyətə müxalif azərbaycanlı siyasətçi həbs edilib

İranda hakimiyyətə müxalif azərbaycanlı siyasətçi həbs edilib
# 20 may 2013 13:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran hakimiyyətinə müxalif azərbaycanlı siyasətçi həbs edilib.

APA-nın məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları İsmayıl Əli Mirzayini evinə basqın edərək tutublar. Onun naməlum yerə aparıldığı və hazırda harada saxlanıldığı məlum deyil.

Qeyd edək ki, İ.Mirzayi İranın islahatçılar qanadına mənsub İran Müşarikət Cəbhəsi Partiyasının Qərbi Azərbaycan vilayəti üzrə təmsilçisidir. ETTELAAT əməkdaşları bir müddət əvvəl azərbaycanlı siyasətçiyə İran Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin və sabiq prezident Məhəmməd Xatəminin seçki kampaniyasına qoşulmaması və dəstək olmaması barədə xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR