İranın vitse-prezidenti: “ABŞ-ın İranla ikitərəfli müzakirə aparmaq barədə təklifi yeni bir kələkdir”

İranın vitse-prezidenti: “ABŞ-ın İranla ikitərəfli müzakirə aparmaq barədə təklifi yeni bir kələkdir”
# 25 iyul 2013 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “ABŞ-ın İranla ikitərəfli müzakirə aparmaq barədə təklifi yeni bir kələkdir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın vitse-prezidenti Lütfullah Furuzəndə bildirib.

Onun sözlərinə görə, İranın ali dini lideri, ayətullah Əli Xamneyi ABŞ rəsmilərinin etibarlı olmadığını açıqlayıb: “Ali dini liderin bu sözlərinin dəlili çox dəqiq və açıqdır”.

L.Füruzəndə bildirib ki, ABŞ rəsmiləri İran İslam inqilabına və hakimiyyət sisteminə də ilk gündən etibarən düşmənçilik bəsləyiblər.

Vitse-prezident vurğulayıb ki, ABŞ zahirən İran xalqı ilə düşmən olmadığını təlqin etməyə çalışır: “Halbuki ABŞ əvvəlcə İran xalqına qarşı düşmənçıliklərindən əl çəkməli, bu ölkənin dondurulmuş əmlakını azad etməli və birtərəfli sanksiyaları tamamilə aradan qaldırmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR