Sumqayıtda şadlıq evində keçirilən toyda ölüm faktı baş verib

Sumqayıtda şadlıq evində keçirilən toyda ölüm faktı baş verib
# 23 sentyabr 2013 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda toy mərasimində ölüm faktı qeydə alınıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 21-də şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

Şadlıq evində keçirilən toy məclisində qonaq qismində iştirak edən, Novxanı sakini Taleh Mahmudov qəflətən dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR