Azərbaycan prezidenti Xuan Manuel Santosu yenidən Kolumbiya prezidenti seçilməsi münasibətilə təbrik edib

Azərbaycan prezidenti Xuan Manuel Santosu yenidən Kolumbiya prezidenti seçilməsi münasibətilə təbrik edib
# 25 iyun 2014 16:16 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya prezidenti Xuan Manuel Santosa təbrik məktubu göndərib.

APA-nın xəbərinə görə, dövlət başçısı kolumbiyalı həmkarını prezident vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.


Məktubda qeyd olunub ki, Azərbaycan-Kolumbiya münasibətlərinin inkişafı istiqamətində atılan ardıcıl addımlar böyük məmnunluq doğurur: “Ümidvaram ki, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR