Nyu-Yorkda Elmar Məmmədyarovun sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı nazirlər şurasının görüşü keçirilib - FOTO

Nyu-Yorkda Elmar Məmmədyarovun sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatı nazirlər şurasının görüşü keçirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2013 10:09 (UTC +04:00)

Bakı – APA. BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər şurasının qeyri-rəsmi görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov üzv dövlətlərin müxtəlifliyinin və regionun malik olduğu zəngin iqtisadi potensialının əsasında İƏT-ə üzv dövlətlər üçün iqtisadi əməkdaşlığın faydasının artırılması istiqamətində əlverişli imkanların yaradıldığını bildirib. Bu əməkdaşlığın inkişaf etdirilməsində nazir əsas hədəflərin müəyyən edilməsinin və nəticə yönümlü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

İƏT çərçivəsində Cənubi Qafqaz regionunun da həlli uzanmış münaqişələrdən əziyyət çəkdiyini deyən E. Məmmədyarov, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış münaqişənin regionda əsas qeyri-sabitlik mənbəyi olduğunu və iqtisadi inkişaf və hərtərəfli regional əməkdaşlıq üçün başlıca maneə yaratdığını bildirib. O əlavə edib ki, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll edilməsindən başqa alternativ yolu mövcud deyil. Bu xüsusda, nazir Elmar Məmmədyarov davamlı dəstəklərinə və birgə mövqelərinə görə İƏT-ə üzv dövlətlərinə təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR