Moskva vilayətinin Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - FOTOSESSİYA

Moskva vilayətinin Domodedovo şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan təntənəli mərasim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 dekabr 2013 20:47 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “BOR” sağlamlıq mərkəzində keçirilən mərasimin təşkilatçısı Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun rəhbərlik etdiyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti üzrə regional bölməsi olub.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov səfir Polad Bülbüloğlunun təbrikini səsləndirib. Təbrikdə ÜAK Moskva vilayəti regional bölməsinin rəhbəri Əlizaman Rəhimovun və bu yaxınlarda səfirliyin və ÜAK-ın fəxri diplomlarına layiq görülmüş təşkilatın icraçı direktoru, “Günay” inşaat şirkətinin kommersiya direktoru Araz Mürsəliyevin xüsusi xidmətləri vurğulanıb.

Q. Osmanov Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun Rusiya ilə münasibətlərin daha da dərinləşməsinə xidmət edən mühüm layihələri həyata keçirdiyini və bu işdə ciddi uğurlar qazandığını söyləyib.

Moskva vilayəti və Domodedovo şəhərinin rəhbərliyinin nümayəndələri, qanunvericilik orqanı deputatları və digər rəsmi şəxslər öz nitqlərində yerli Azərbaycan diasporunun gördüyü işlərdən danışıblar.

Moskva vilayətinin və Domodedovo şəhərinin həyatında fəal iştirakına, millətlərarası münasibətlərin möhkəmlənməsinə, abadlıq və sosial məsələlərin həllindəki mühüm tövhələrinə görə Əlizaman Rəhimov və Araz Mürsəliyevə fəxri diplom və təşəkkürnamələr verilib.

Tədbirin sonunda Rusiyanın xalq artıstləri Lev Leşenko və Vladimir Vinokur, Rusiya və Azərbaycanın əməkdar artisti Sərxan Sərxan və hər iki ölkənin estrada nümayəndələri konsert proqramı ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR