WTI markalı neft yenidən ucuzlaşıb

WTI markalı neft yenidən ucuzlaşıb
# 12 dekabr 2013 06:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,2% azalaraq 1 barelə görə 97,36 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, dekabrın 11-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar və ya 0,3% artaraq 109,70 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR