Ötən ay Azərbaycanın 2 143 529 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib

Ötən ay Azərbaycanın 2 143 529 kv/m ərazisi mina və partlamamış hərbi sursatdan təmizlənib
# 09 sentyabr 2013 12:19 (UTC +04:00)

Əməliyyatlar zamanı 928 PHS, 9 ədəd tank və 1 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ötən ay mina və PHS-dən zərər çəkən olmayıb.

ANAMA-nın əməliyyatlarında 484 minaaxtaran mütəxəssis və 118 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

İndiyədək ümumilikdə təmizlənmiş 234 074 309 kvadrat metr ərazidən 686 569 mina və PHS tapılıb.

Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR