Azərbaycanda hamilə qadın dəm qazından zəhərlənərək ölüb

Azərbaycanda hamilə qadın dəm qazından zəhərlənərək ölüb
# 22 yanvar 2014 07:02 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin 12-ci massivində yaşayan 34 yaşlı Babayeva Venera Valeri qızı hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Mərhumun cəsədi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə gətirilib.

Müayinədən sonra meyit ailəsinə təhvil verilib. Ölümə su qızdırıcısından hamam otağına dəm qazının sızmasının səbəb olduğu ehtimal olunur.

V. Babayevanın hamilə olduğu bildirilir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR