Müsavat Məclisinin üzvü: “Milli Şuranın vahid namizədinin müəyyənləşməsindəki ləngimələrə görə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır”

Müsavat Məclisinin üzvü: “Milli Şuranın vahid namizədinin müəyyənləşməsindəki ləngimələrə görə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır”
# 29 oktyabr 2013 10:22 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib.

S. Məmmədli bildirib ki, seçki prosesində müəyyən subyektiv amillər özünü büruzə verib. O, Müsavat Məclisinin sonuncu yığıncağında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun ünvanına söylədiyi tənqidi fikirlərə aydınlıq gətirib: “Bu, Milli Şurada vahid namizədin müəyyənləşməsi prosesində ləngimələrlə əlaqədar idi. Fikrimcə, bu ləngimələr kifayət qədər subyektiv amillərə söykənir. Bu məsələdə Eldar Namazov və digər funksionerlər məsuliyyət daşıyır. Kifayət qədər vaxt, imkan olduğu halda, müəyyən qüvvələr seytnot vəziyyəti yaratmışdılar. Bununla bağlı Milli Şuranın ümumi xəttini tənqid etmişəm”.

S. Məmmədli Müsavat Partiyasında kollektiv idarəçiliyin gücləndirilməsinin vacibliyini də qeyd edib: “Biz arzu edirik ki, təşkilatımız daha demokratik, kollektiv idarəçilik daha güclü olsun. Yaranan hər hansı problemlər kollektiv müzakirələrlə həll edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR