“Sazz 4G İnternet” əhatə dairəsini genişləndirir

“Sazz 4G İnternet” əhatə dairəsini genişləndirir
# 20 iyun 2014 12:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın ən böyük simsiz İnternet xidmətləri göstərən provayderi “Sazz 4G İnternet” Nardaran qəsəbəsinin böyük bir ərazisini öz əhatə dairəsinə daxil edib.

“Sazz 4G İnternet” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, indi təkcə qəsəbə sakinləri deyil, Nardaran ərazisində yerləşən sahil boyu istirahət mərkəzləri və çimərliklərin ziyarətçiləri də simsiz İnternetdən rahat yararlana biləcəklər.

“Sazz İnternet” Abşeron yarımadasının əksər qəsəbələrində, o cümlədən Suraxanı, Yeni Suxaranı, Mərdəkan, Şağan, Şüvəlan, Pirşağı, Qala, Buzovna, Bilgəh, Hövsan, Novxanı, Goradil, Sahil, Saray, Zabrat, Zığ, Zuğulba, Maştağa, Fatmayı, Binə qəsəbələrində xidmət göstərir.

Hazırda Bakı və Abşerondan başqa provayder Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində xidmət göstərir. Yaxın günlərdə “Sazz İnternet”ə Lənkəran, Masallı, Lerik, Astara şəhərlərində də qoşulmaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR