Səfir: “İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir” - VİDEO

Səfir: “İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir” - <span style="color: red;">VİDEO
# 17 dekabr 2013 08:25 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA-Economics. İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 532 mln. dollar təşkil edir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, bu ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunu əhatə edir: “İki ölkə arasında təxminən bu həcmdə də qeyri-rəsmi ticarət mövcuddur”.

İranla Naxçıvan arasında dəmir yol xəttinin tikintisi barədə danışan Möhsün Pak Ayin qeyd edib ki, layihə ilkin araşdırmalar səviyyəsindədir: “Biz hazırda Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi üzərində daha çox mərkəzləşmişik. Bu məsələni sona çatdırmaq istəyirik”.

Sərhəddə yaranan problemlərə toxunan diplomat bildirib ki, problemlərin aradan qaldırılması üçün iki ölkənin sərhəd komissiyaları və XİN-in idarə rəisləri səviyyəsində müzakirələr başlanıb: “Bu günün sonuna qədər bu müzakirələr davam edəcək. Gözlənilir ki, anlaşma memorandumu imzalansın. Bütün sərhəd məsələləri həmin sənəddə öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR