Türkiyə mətbuatı: Necati Atəş “Xəzər Lənkəran”a keçir

Türkiyə mətbuatı: Necati Atəş “Xəzər Lənkəran”a keçir
# 09 dekabr 2013 10:34 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran” Türkiyə millisinin 2 sabiq üzvünü transfer edir. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın yeni çalışdırıcısı Mustafa Dənizli Necati Atəş və İbrahim Toramanı sərəncamında görmək istəyir.

“TRT Haber” iddia edir ki, “Əskişəhərspor”un formasını geyinən Atəşlə “Beşiktaş”ın özünə komanda tapmağı tapşırdığı Toraman qış fasiləsində cənub təmsilçisinə transfer olunacaqlar.

Qeyd edək ki, Necati Atəş 19, İbrahim Toraman isə 28 matçda Türkiyə millisinin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR