Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb - VİDEO

Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb - <span style="color: red;">VİDEO
# 12 dekabr 2013 20:38 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırda həmin yolların bəzi yerlərində nəqliyyatın hərəkəti xeyli çətinləşib. Dekabrın 12-i axşam saatlarından etibarən Ağsu aşırımı buzla əlaqədar çox təhlükəli olduğu üçün sürücülər bu yoldan artıq istifadə etmirlər və hazırda nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb.

Yol polisi əməkdaşlarının APA-nın yerli bürosuna verdiyi xəbərə görə, mütəmadi olaraq sürücülərə alternativ yollardan istifadə etmək məsləhət görülür. Hazırda 14 kilometr uzunluğu olan Ağsu aşırımını qalxıb-enmək çətin olduğu üçün sürücülər alternativ olaraq Ağsu-Göylər-Şamaxı, Bakı-Kürdəmir-Ağsu, Kürdəmir-Qaraməryəm-İsmayıllı yollarından istifadə edirlər.

Qeyd edək ki, Ağsu aşırımına 20 sm, dağ kəndlərinə isə 25-30 sm qar yağıb. Ağsu, Şamaxı və İsmayıllı rayon yol istismar idarələrinin işçiləri ağır texnikanı cəlb etməklə nəqliyyatın təhlükəsiz hərəkətını təmin etmək məqsədi ilə yollara qum və duz səpirlər. Gündüz vaxtı Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Qəbələ, Qobustan-Şamaxı-Muğanlı yollarında və Ağsu aşırımında 100-dən çox işçinin və 20-ə yaxın texnikanın iştirakı ilə qar və buzdan təmizləmə işləri görülüb. Gecə saatlarında isə növbəli iş rejimində çalışan işçilər yollara qum və duz səpirlər, buzun üstündə sürüşərək yoldan çıxan avtomobillərin sürücülərinə yardım edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR