İranla bağlı növbəti görüş noyabrın 20-də Cenevrədə keçiriləcək

İranla bağlı növbəti görüş noyabrın 20-də Cenevrədə keçiriləcək
# 10 noyabr 2013 02:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib.

“Növbəti görüş burada noyabrın 20-də keçiriləcək”, deyə o bildirib. Baş tutmuş danışıqları Eşton intensiv adlandırsa da, hələ də “müəyyən çətinliklərin” qaldığını qeyd edib.

Xatırladaq ki, noyabrın 9-da Cenevrənin “İnterkontinental” otelində “altılıq” ölkələrinin nümayəndələrinin müxtəlif formatlı görüşləri keçirilib. Görüşlərə İran XİN rəhbəri də qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR