Tiflisdə “Mercedes” Kür çayına düşüb, bir nəfər ölüb, digəri axtarılır - FOTOSESSİYA

Tiflisdə “Mercedes” Kür çayına düşüb, bir nəfər ölüb, digəri axtarılır - <span style="color: red;">FOTOSESSİYA
# 30 dekabr 2013 12:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Səhər saatlarında Tiflis şəhərində baş verən qəza nəticəsində “Mercedes” markalı avtomobil Kür çayına düşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dərhal hadisə yerinə gələn Tiflis fövqəladə hallar departamentinin 112 xidmətinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən 50 yaşlı kişinin cəsədini çıxarıblar. Avtomobilin sürücüsünün axtarışı isə davam etdirilir. Hadisə yerinə dalğıclar gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, “Mercedes” markalı avtomobil Kür çayının sahilindən keçən magistral yolun kənarındakı beton örtüyünə çırpılıb və avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın suya düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR