Azərbaycan iş adamları Hindistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub

Azərbaycan iş adamları Hindistanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunub
# 17 dekabr 2013 09:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Hindistanda «Hindistanın istehsalat şousu» təşkil olunacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, gələn il sentyabrın 11-13-də Mumbay şəhərində «Hindistanın istehsalat şousu» adlı sərgi baş tutacaq.

Sərgi aerokosmik və müdafiə mühəndisliyi, avtomatlaşdırma və robot texnikası, infrastruktur və metallurgiya mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Sərgidə iştirak etmək istəyənlər Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR