Azərbaycan prezidenti İlham Əliyev Raul Kastro Rusa təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Raul Kastro Rusa təbrik məktubu göndərib
# 30 dekabr 2013 15:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcək.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim sülh və tərəqqi diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR