Obama: “ABŞ İraqa qoşun göndərməyəcək”

Obama: “ABŞ İraqa qoşun göndərməyəcək”
# 13 iyun 2014 20:39 (UTC +04:00)

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Obama İraqa kömək etməyə hazır olduğunu, lakin döyüşlərdə iştirak etmək üçün qoşun göndərməyəcəyini bildirib.

Obama milli təhlükəsizlik üzrə komandasına Bağdad hökumətinə kömək etmək üçün digər imkanları nəzərdən keçirməyi tapşırıb.

Qeyd edək ki, “İraq Şam İslam Dövləti” silahlı qruplaşması artıq İraqın Mosul və Tikrit şəhərlərini işğal edərək, paytaxt Bağdada doğru irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR