AMEA Fizika İnstitutunun əməkdaşları Sankt-Peterburqda olublar - FOTO

AMEA Fizika İnstitutunun əməkdaşları Sankt-Peterburqda olublar - <span style="color: red;">FOTO
# 10 iyun 2014 16:28 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu Yarımkeçiricilərin elektron spektroskopiyası laboratoriyasının əməkdaşları - fizika-riyaziyyat elmləri doktoru Nadir Abdullayev və elmi işçi Xəyalə Əliquliyeva Rusiyanın Sankt-Peterburq şəhərində ezamiyyətdə olublar.

İnstitutdan APA-ya verilən məlumata görə, A.İ.Gerçen adına Rusiya Dövlət Pedaqoji Universitetində təşkil olunmuş ezamiyyətdə məqsəd “Dielektriklər fizikası” XIII beynəlxalq konfransda iştirak etmək olub.

Beş günlük konfrans müddətində Rusiya, Ukrayna, Belarus, Polşa, Almaniya, Braziliya və digər ölkələrin nümayəndələri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR