Azərbaycanda hərbi maşın qəzaya düşüb, xəsarət alanlar var

Azərbaycanda hərbi maşın qəzaya düşüb, xəsarət alanlar var
# 16 may 2014 13:58 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun Yaşma qəsəbəsindən keçən ərazisində qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus UAZ markalı yük maşını yolun əks istiqaməti ilə hərəkət edən “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində hərbi maşında olanlardan iki, minik avtomobilində olanlardan isə üç nəfərin xəsarət aldığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hərbi maşının qəzaya düşməsi xəbərini təsdiqləsələr də, hərbçilər arasında xəsarət alanların olmadığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR