Gəncənin yeni cib xəritələri hazırlanacaq

Gəncənin yeni cib xəritələri hazırlanacaq
# 14 dekabr 2013 16:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncəyə gələn turistlərə kömək məqsədilə yeni cib xəritələri hazırlanacaq. APA-nın qərb bürosunun məlumatına görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gənclərlə görüşündə deyib. O bildirib ki, Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsi istiqamətində şəhərdə bir sıra işlər görülür: “Şəhərə gələcək turistlərə kömək məqsədilə cib xəritələri hazırlanacaq və qonaqlar bu xəritələri hava limanında, şəhərdə olan müxtəlif yerlərdə əldə edə biləcəklər. Bundan başqa, Gəncənin 50 yerində xüsusi məlumatverici lövhələr də yerləşdiriləcək”.

İcra başçısı əlavə edib ki, şəhər haqqında, xüsusən də Gəncədə olan tarixi abidələri əks etdirən suvenirlər hazırlanır. Artıq 300-ə yaxın belə suvenir hazırlanıb və bu say daha da artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR