«Unibank»ın yeni regional filialı açılıb

«Unibank»ın yeni regional filialı açılıb
# 13 sentyabr 2013 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Tovuz şəhəri Sabir küçəsi,21 ünvanında «Unibank» ASC-nin filialının açılışı olub.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, filial rayon əhalisinin, eləcə də ətraf bölgələrin sakinlərinin yüksək keyfiyyətli bank xidmətlərinə tələbatını ödəyəcək.

«Tovuz» filialı pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin, kiçik və orta biznesin maliyyələşdirilməsi üçün mikrokreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Bu, «Unibank»ın regionlarda açılan sayca 13-cü filialıdır və bankın filiallarının ümumi sayı 32-yə çatıb. Bankın filialları şənbə günlərini də tam iş qrafiki ilə və nahar fasiləsiz xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR