Azərbaycanda sosial ipoteka ilə bağlı qanunvericiliyə yenidən baxılır

Azərbaycanda sosial ipoteka ilə bağlı qanunvericiliyə yenidən baxılır
# 14 may 2013 09:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev verib.

O bildirib ki, prezident İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında gənclərin ipoteka ilə təminatının sadələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə müvafiq olaraq sənəddə təkmilləşdirmə işləri aparılacaq: “Sosial ipotekaya ayrılan vəsaitin miqdarının təsiredici şəkildə artırılması nəzərdə tutulur”.

İ.Babayevin sözlərinə görə, yenidən hazırlanan sənəddə sosial ipotekanın alnıma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmənin tətbiq olunması planlaşdırılır: “Yeni təkliflər paketində gənc ailələrlə yanaşı, subay gənclərin də sadələşdirilmiş şəkildə mənzillə təminatı diqqətə alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR