İran İraqla sərhəddə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib

İran İraqla sərhəddə ordusunu döyüş hazırlığı vəziyyətinə gətirib
# 25 iyun 2014 14:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran İraqla sərhəd ərazilərindəki ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. APA-nın “Fars” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu barədə İran Quru Qoşunları komandanının koordinasiya məsələləri üzrə müavini, general-mayor Əli Arastə açıqlama verib. O bildirib ki, İran Quru Qoşunlarının komandanlığı bir sıra tədbirlər həyata keçirərək ölkənin qərb və cənub-qərbində tam hazır vəziyyətdə dayanıb: “İraq-Şam İslam Dövləti (İŞİD) qüvvələri son vaxtlar İraqın bir sıra bölgələri, o cümlədən Mosulda irəliləyərək həmin ərazilərin bəzi hissələrini işğal ediblər. Lakin bu silahlı qruplaşma ilə mübarizənin vacibliyinə dair alimlərin çağırışından sonra İraq Silahlı Qüvvələri ilə yanaşı, könüllü dəstələr də İŞİD-ə qarşı irimiqyaslı hücumlara başlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR