Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb

Cəzaçəkmə müəssisəsində məhkumdan mobil telefon götürülüb
# 06 yanvar 2014 16:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Baş İdarəsinin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1.3 və 318.2 maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Loğman Kamal oğlu Məmmədovun yataq yerinə və üzərinə baxış keçirilib. Bu zaman əynindəki gödəkcənin cibindən daxilində danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR