Qusarda naməlum avtomobil 33 yaşlı piyadanı vuraraq qaçıb - VİDEO

Qusarda naməlum avtomobil 33 yaşlı piyadanı vuraraq qaçıb - <span style="color: red;">VİDEO
# 11 noyabr 2013 06:41 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Yeni Düztahircal kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Finaddin Ağabəyov naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yoldan keçən şəxslər xəsarət almış piyadanı Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar, o, reanimasiya şöbəsinə yerləşdirilib.

F. Ağabəyovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR