Kiyevdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib

Kiyevdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib
# 14 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA-Economics. Bu gün Kiyevdə Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilib.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, iclasdan sonra jurnalistlərə açıqlama verən Ukrayna baş nazirinin müavini Konstantin Qrişşenko bildirib ki, tərəflər energetika, nəqliyyat və kosmik sahələrdə əməkdaşlığı və Azərbaycanda iri infrastruktur layihələrinin icra vəziyyətini müzakirə ediblər.

Onun sözlərinə görə, iclasın yekunu olaraq Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfəri zamanı imzalanması üçün bir sıra sənədlər hazırlanacaq. Səfərin dəqiq vaxtı isə açıqlanmayıb.

Qeyd edək ki, toplantıda Azərbaycan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR