Azərbaycanda İİV-müsbət insanlar tərəfindən yoluxdurma təhlükəsinin azaldılması istiqamətində atılan addımlar açıqlanıb

Azərbaycanda İİV-müsbət insanlar tərəfindən yoluxdurma təhlükəsinin azaldılması istiqamətində atılan addımlar açıqlanıb
# 23 aprel 2014 10:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2013-cü ildə Azərbaycanda İİV-müsbət insanlar tərəfindən yoluxdurma təhlükəsinin azaldılması, İİV-in yayılmasının qarşısının alınması, eləcə də İİV-lə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları açıqlayıb.

APA-nın verdiyi məlumata görə, 2013-cü il ərzində 470 nəfər İİV/QİÇS-li xəstə antiretrovirus preparatları ilə terapiyaya (ARV-terapiya) cəlb edilib.

Ümumilikdə isə 1 yanvar 2014-cü il tarixə qədər 1771 nəfər İİV/QİÇS-li xəstə ARV-terapiyaya cəlb olunub. ARV-terapiyaya cəlb olunan 1771 nəfərdən 1021 nəfəri inyeksion narkotik istifadəçisidir və onlardan 429 nəfər penitensiar sistemdə ARV-terapiyaya qoşulub.

Qeyd olunub ki, zərərin azaldılması proqramı çərçivəsində İİV-müsbət inyeksion narkotik istifadəçilərinin əvəzedici metadon terapiyaya cəlb edilməsi də davam etdirilib. 2009-cu ilin may ayından əvəzedici metadon terapiyanın Respublika QİÇS-lə Mübarizə Mərkəzinin binasında yerləşdirilən Narkoloji Dispanserin filialında təşkil edilməsi İİV-müsbət inyeksion narkotik istifadəçilərinin proqrama daha geniş cəlb edilməsinə şərait yaradıb. Hazırda əvəzedici metadon terapiyaya 85 İİV-müsbət inyeksion narkotik istifadəçisi cəl edilib. Bunlardan 10 nəfəri 2013-cü il ərzində əvəzedici metadon terapiyaya cəlb olunub.

Eyni zamanda 2013-cü il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları İİV/QİÇS və narkomaniyaya qarşı maarifləndirmə işləri aparıb, ora və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV infeksiyasının və narkomaniyanın profilaktikasına həsr olunmuş məruzə, seminar və təlim təşkil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR