Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib - FOTO

Azərbaycan Tibb Universitetinin yeni təmir olunmuş yataqxanası istifadəyə verilib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 10:29 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) 1 saylı tələbə yataqxanasının təmirdən sonra açılışı olub. APA-nın məlumatına görə, açılış mərasimində iştirak edən universitetin rektoru Əhliman Əmiraslanov təmir olunmuş yataqxana binasındakı otaqları gəzib, tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Qeyd olunub ki, 180 nəfər üçün nəzərdə tutulan yataqxanada oğlan tələbələr yaşayacaq. Beş mərtəbəli yataqxana binasının hər mərtəbəsində mətbəx, yeməkxana, hamam var. Otaqlar zəruri mebel və sanitar qovşağı ilə təmin olunub.

Müasir yataqxana binasının hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün 2 qonaq otağı, oxu zalı da fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsi xarici tələbələr üçün nəzərdə tutulub. Burada 15 təkadamlıq otaq, 8 dörd nəfərlik, 8 iki nəfərlik, 39 üç nəfərlik otaqlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR