Kürdəmirdə toydan qayıdan avtomobil yük maşını ilə toqquşub, 2 nəfər ölüb, 3 azyaşlı xəsarət alıb - VİDEO

Kürdəmirdə toydan qayıdan avtomobil yük maşını ilə toqquşub, 2 nəfər ölüb,  3 azyaşlı xəsarət alıb - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2013 09:17 (UTC +04:00)

Hadisə Çöhranlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Umudov Elşad Müslüm oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil Sığırlı kənd sakini Gülağa Fərzəliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Nəticədə “VAZ-2106”-da olan sərnişinlər Zülfüqar Zeynalov və sürücünün anası, 1940-cı il təvəllüdlü Zeyvə Ağasalı qızı Umudova aldıqları xəsarətdən ölüb.

Sürücü E. Umudov və onun azyaşlı övladları - 2008-ci il təvəllüdlü Şükür, 2009-cu il təvəllüdlü Müslüm, 2005-ci il təvəllüdlü Sahil, həmçinin 1971-ci il təvəllüdlü Hüseynov Səyyad müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. S.Hüseynov və Sahil Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR