Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb

Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb
# 25 iyun 2014 16:07 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Nəbi Xəzrinin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 90 illiyi tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR